İnsult keçirən rusiyalı dördqat olimpiya çempionu, tarixdə Qış Olimpiya Oyunlarında 10 medal qazanan ilk qadın idmançı olan Raisa Smetanina süni nəfəs aparatına qoşulub.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Komi Respublikası Xizək Yarışları Federasiyasının prezidenti Ruslan Semenyuk bildirib.
O, məşhur idmançının süni tənəffüs aparatına qoşulduğunu, vəziyyətinin son dərəcə ağır və huşsuz olduğunu bildrib.
Qeyd edək ki, 72 yaşlı idmançı 1976-cı ildə iki, 1980-ci ildə bir qızıl medal qazanıb.
O, həmçinin 1992-ci ildə estafet komandasının tərkibində çempionluq əldə edib.