​Məşhur şahmatçımızın Türkiyədə başına iş gəldi

Dünyanın ən güclü şahmatçılarından biri Şəhriyar Məmmədyarov Türkiyə gömrüyündə problemlə üzləşib.

Metbuat.az bakuplus.az-a istinadla xəbər verir ki, bu barədə “Satranc okulu” kanalında FİDE ustası Selim Gürcan məlumat yayıb.

O bildirib ki, Şəhriyar qaçaqmalçılıqda şübhəli bilinib. Şəhriyar məşhur şahmatçı olduğunu bildirəndən sonra gömrük əməkdaşları internetdə axtarış edib, yalnız bundan sonra üzr istəyərək Məmmədyarovun Türkiyəyə keçməsinə şərait yaradıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR