Bu gün Qara dənizdə baş verən fırtına nəticəsində göyərtəsində 29 ekipaj üzvü olan “Volqoneft-212” və “Volqoneft-239” adlı iki tanker qəzaya uğrayıb.
Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Rosmorrechflot” məlumat yayıb.
Qeyd olunub ki, xilasetmə əməliyyatı təşkil olunub, tankerlərə iki əlavə gəmi və iki helikopter göndərilib, təxliyə aparılır.
Hazırda “Dəniz Xilasetmə Xidməti” Federal Dövlət Büdcə Müəssisəsi və Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən neft dağılmasının aradan qaldırılması üçün tədbirlər görülür.