Azərbaycan vətəndaşları Türkiyədə nə qədər əmlak alıb?

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 756 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 24 obyekt azdır.

Metbuat.az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin noyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 74 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 9 obyekt çoxdur.

Qeyd edək ki, 2024-cü ilin noyabr ayında Türkiyədə 153 min 14 mənzil satın alınıb ki, bu da 2023-cü ilin noyabr ayı ilə müqayisədə 63,6 faiz çoxdur.

Məlumata görə, 2024-cü ilin yanvar – noyabr aylarında Türkiyədə 1 milyon 256 min 388 mənzil satın alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz çoxdur.

2024-cü ilin noyabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 151 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 8,2 faiz azdır.

Bu ilin yanvar – noyabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 21 min 363 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35,1 faiz azdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı