"Kanal 13" internet televiziyasının əməkdaşı Şamo Emin azadlığa buraxılıb.
Metbuat.az xəbər verir ki, bu barədə "Report"a onun vəkili Elçin Sadıqov bildirib.
O bildirib ki, onun həbs müddəti başa çatdığı üçün ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, Şamo Emin əvvəl “Kanal 13” internet televiziyası ilə əməkdaşlıq edib.
O, ötən ilin dekabr ayında həbs olunub. Ş.Eminə qarşı Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Onunla birlikdə televiziyanın rəhbəri Əziz Orucov da həbs edilib.