​Fərdi yaşayış evlərinin qiyməti artacaq - VİDEO

Azərbaycanda fərdi yaşayış evlərinin tikintisi azalıb.

Metbuat.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, fərdi tikilən evlərin sayı ötən illərlə müqayisədə 14 faiz azalıb.

Xəzər TV-yə mövzu ilə bağlı danışan əmlak eksperti Mülkədar Rüstəmov hesab edir ki, bunun əsas səbəblərindən biri 2023-cü ildən qüvvəyə minən qaydalardır.

Ekspert bildirib ki, paytaxtın Sabunçu, Binəqədi və ətraf qəsəbə, kəndlərində təyinat problemi var. Əksəri kənd təsərrüfatı təyinatlı torpaqlardır. Yəni fərdi yaşayış evlərinin tikintisinin azalması torpaq sahələrinin təyinatı ilə də əlaqəlidir.

Onun sözlərinə görə, tikintinin azalması qiymət artımına da təsir göstərəcək.

Ətraflı süjetdə:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı