​Trampın qorxusundan istefa verdi

Növbəti Amerika lideri olacaq Donald Trampın istintaqını aparan ABŞ-nin xüsusi prokuroru Cek Smit vəzifəsini tərk edib.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsi məlumat verib.

Smitin şöbədəki vəzifəsini tərk edib-etməməsi ilə bağlı suala o, müsbət cavab verib.

Nümayəndə izah edib ki, bu, xüsusən də Florida ştatının federal dairə məhkəməsinə əvvəllər təqdim edilmiş sənədlərdən birində qeyd olunub:

“Xüsusi prokuror öz işini başa vuraraq 2025-ci il yanvarın 7-də yekun məxfi hesabat təqdim edib, yanvarın 10-da isə nazirlikdən istefa verib”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı