"Qalatasaray" və "Fənərbağça" pley-offda, "Beşiktaş" turniri tərk etdi - Avropa Liqası

UEFA Avropa Liqasında liqa mərhələsinə yekun vurulub.

Metbuat.az xəbər verir ki, 1/8 finala birbaşa vəsiqə qazanmaq şansı olan "Qalatasaray" fürsəti əldən verib.

"Cim-bom" səfərdə "Ayaks"a uduzaraq pley-offa vəsiqə ilə kifayətlənib - 2:1.

Yarışın yekun cədvəlində "aslanlar" 13 xalla 14-cü olublar. Türkiyə təmsilçilərindən "Fənərbağça" "Midtülland"la 2:2 hesablı heç-heçə ilə turnir cədvəlində 24-cü komanda kimi adını pley-offa yazdırıb.

"Beşiktaş" isə səfərdə "Tvente"yə minimal hesabla məğlub olaraq yarışla vidalaşıb - 1:0.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı