Kanalizasiyadan 2,6 milyon dollarlıq qızıl tapıldı

Kanalizasiyadan 2,6 milyon dollarlıq qızıl tapıldı
00:05 20 Yanvar 2015
323 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-da Arizona Ştatı Dövlət Universitetinin alimləri tərkibində həyat fəaliyyəti, leysan, çirkab, sənaye tullantıları və bir çox digər şeylər olan kanalizasiya sularının çöküntülərini öyrəniblər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, nəticələr inanılmaz olub. Bir milyon adamın bir il ərzində hasil etdiyi tullantıların tərkibində 2,6 milyon dollarlıq qızıl və gümüş olduğu məlum olub.

Hazırda kanalizasiyadan qızıl çıxarmaq əsla sərfəli deyil, lakin alimlər bu problemi həll etməyi qarşılarına məqsəd qoyublar. Ola bilsin, tezliklə bir çox ölkələrdə zəngin metal ehtiyatları kanalizasiyadan bərpa edilən qızılın hesabına artırılacaq.

Son illər bir çox ölkələrdə tullantıların emalına çox böyük diqqət yetirilir. Tədqiqatçılar təbiətə vurulan ziyanı azaltmaq üçün tullantı məhsullarından yeni materiallar sintez etmək yollarını axtarırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/319933.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR