Netanyahu: "Tramp mənimlə tamamilə razıdır"

Biz HƏMAS-ı məhv edəcəyik və girovlarımızı geri qaytaracağıq.

Metbuat.az xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu "X" hesabında bildirib.

O qeyd edib ki, İsrail bütün girovları geri qaytarmaq üçün əlindən gələni edir:

"Biz onların təhlükəsizliyini təmin edəcəyik. Mənim Komitəyə də göstərişim belədir: bunu vasitəçilərdən tələb edin. Prezident Tramp mənimlə tamamilə razıdır. Biz bütün girovları geri qaytarmaq üçün əlimizdən gələni edəcəyik, lakin HƏMAS orada olmayacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı