"Araz-Naxçıvan" "Kəpəz"lə heç-heçəyə razılaşdı - Premyer Liqa

"Araz-Naxçıvan" Misli Premyer Liqasının XXII turunda "Kəpəz"lə heç-heçəyə razılaşıb.

Metbuat.az-ın məlumatına görə, “Liv Bona Dea Arena”da baş tutan oyunda hesab açılmayıb. Naxçıvan təmsilçisi 44 xalla ikinci, Gəncə klubu 18 xalla 9-cu pillədə qərarlaşıb.

Günün ikinci matçında "Zirə" "Neftçi" ilə qarşılaşacaq. Qarşılaşma saat 19:00-da start götürəcək.

Qeyd edək ki, ötən gün "Şamaxı" evdə "Sumqayıt"ı (1:0), "Sabah" isə "Turan Tovuz"u (2:1) məğlub edib. Tura noyabrın 11-də "Qarabağ" - "Səbail" qarşılaşması ilə yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı