Növbə onlara çatdı - Ev veriləcək

"Çernobıl qəzasında əziyyət çəkənlərin mənzil məsələsi qısa müddətdə həll olunacaq".

Metbuat.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bugünkü iclasda deyib.

"İndiyə qədər məcburi köçkünlər və I-II Qarabağ müharibəsinin iştirakçılarının mənzillə təmin olunma məsələsi var idi. Artıq bu, bir il ərzində yekunlaşacaq. Bundan sonra sürətlə Çernobıl qəzasından əziyyət çəkmiş şəxslərin mənzillə təminatı işləri aparılacaq", - deyə deputat əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı