"Beşiktaş" Türkiyə Kubokunda növbəti qələbəsini qazanaraq pley-off mərhələsinə yüksəlib.

Metbuat.az-ın məlumatına görə, İstanbul təmsilçisi D qrupunun III turunda "Antalyaspor"un qonağı olub. Qarşılaşma "Beşiktaş"ın qalibiyyəti ilə bitib.

Qeyd edək ki, bu nəticədən sonra "Beşiktaş" 9 xalla qrupu lider kimi başa vuraraq pley-offa adlayıb.