“Real Madrid”in əfsanəvi futbolçusu Roberto Karlos uzun illər əvvəl yaşadığı problemlərdən danışıb. 53 yaşlı braziliyalı pesəkar futbolla məşğul olduğu illərdə taleyin ondan üz döndərdiyini bildirib.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Roberto Karlos vaxtilə böyük sərvət sahibi olduğunu gizlətməyib. Dünya şöhrətli müdafiəçi həmişə böyük klublarda oynadığını və komanda yoldaşlarından daha yüksək məvacib aldığını etiraf edib.
“Belə demək mümkündürsə, pulum başımdan aşırdı. Bütün var-dövlətimi bir gecədə itirdim. Ailəmlə və menecerlərimlə ciddi problemlərim vardı. Axşam yatdım səhər qalxanda gördüm ki, müflis olmuşam. Mənə bir dəstə sənəd təqdim etdilər. Onları nəzərdən keçirəndə gördüm ki, bank hesablarımda bir qəpik pul qalmayıb”, - Karlos belə deyib.