Sərhəddə balıqçılar arasında qarşıdurma - Ölü və yaralılar var

Efiopiya və Keniya sərhədindəki Omo çayı yaxınlığında yerləşən Lopeymukat və Natira bölgələrində efiopiya ilə keniyalı balıqçılar arasında qarşıdurma baş verib.

Metbuat.az xəbər verir ki, qarşıdurmada 13 nəfər ölüb, 3 nəfər yaralanıb, 22 nəfər itkin düşüb. Yerli dairələrin məlumatında qarşıdurmalarda 15 balıqçı qayığının oğurlandığı bildirilib. Efiopiyanın “Dasenech” etnik qrupuna aid 6 balıqçının xilas edilərək geri göndərildiyi açıqlanıb.

Keniyanın Daxili İşlər Nazirliyi bölgəyə əlavə təhlükəsizlik qüvvələrinin göndərildiyini və Efiopiya ilə əlaqə yaradaraq iki tərəf arasında sülhün bərqərar olması üçün səy göstərdiklərini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı