Kamilla Məmmədzadə "Phoenix Rebirth Show"da yeni kolleksiyasını sərgilədi - FOTO

Fevralın 22-də Bakıda SIMOORG Akademiyası tərəfindən təşkil edilən qapalı moda nümayişi baş tutub.

Metbuat.az xəbər verir ki, tədbirin əsas qonaqlarından biri dizayner Kamilla Məmmədzadə olub. O, gecə ərzində iki fərqli dəfilə ilə çıxış edib.

"Yves Saint Laurent Beauty" brendinin xüsusi əməkdaşlığı ilə baş tutmuş təqdimat Azərbaycanın "Eurovision" təmsilçisi Elnur Hüseynovun musiqisi fonunda təqdim olunub. Musiqinin canlı ifası gecəyə xüsusi atmosfer bəxş edib. Kamilla Məmmədzadənin digər dəfilə təqdimatı isə rəqs performansı ilə müşayiət olunub, bu da izləyicilərin marağını daha da artırıb.

Qeyd edək ki, tədbirin təşkilatçısı SIMOORG Akademiyasının qurucusu Hədiyə Talıbovadır. Layihənin təşkilatçı dəstəkçiləri və tərəfdaşları arasında "Yves Saint Laurent", "Martini", "Azərfoto Xalça" və "Buro246" kimi tərəfdaşlar yer alıb.

Nümayiş "Unbar Baku"da baş tutub. Tədbirin konsepti müasirlik və ənənələrin vəhdəti, eləcə də transformasiya, güc və yenidən doğuluş simvolu kimi təqdim edilib. Gecəyə Bakının bir çox nüfuzlu qonaqları və tanınmış simalar qatılıb. Tədbir yüksək səviyyədə təşkil olunaraq dəvət olunanları öz möhtəşəm atmosferi ilə valeh edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı