Almaniyanın cənub-qərbində yerləşən Manhaym şəhərində naməlum şəxs avtomobilini insanların üzərinə sürüb.
Metbuat.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub, daha 25 nəfər isə xəsarət alıb.
İnsidenti törədən şəxs saxlanılıb. Onun hadisəni bilərəkdən törətdiyi və ya bunun bədbəxt hadisə olması hələ məlum deyil.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları şəhəri əhatəyə alıb.