Xalq artisti Səidə Quliyevaya ağır itki üz verib.
Metbuat.az Yenicag.az-a istinadən xəbər verir ki, aktrisanın doğum günündə anası dünyasını dəyişib.
Onu təbrik etmək üçün zəng etmişdik, acı xəbər eşitdik. Xalq artisti gözyaşları içərisində anasını itirdiyini söylədi:
"Anam səhər saatlarında dünyasını dəyişdi. Uzun müddət idi ki. xəstəlikdən əziyyət çəkirdi. Doğum günümdə anamı itirdim. Yaşı çox idi, amma ananın yaşı olmur. Mənim üçün çox ağırdır".