ABŞ Dövlət katibi Marko Rubio ukraynalı həmkarları ilə danışıqlar aparmaq üçün martın 10-12-də Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfər edəcək.
Metbuat.az xəbər verir ki, Ciddədə o, həmçinin Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə görüşəcək.
Tərəflər regionda ortaq maraqları inkişaf etdirmək və ABŞ-Səudiyyə münasibətlərini gücləndirmək yollarını müzakirə edəcək.