8 yaşlı Adəm İmran oğlu Ələsgərov autizm sindromundan əziyyət çəkir. Valideyinləri bunu Adəmin 2 yaşı olanda biliblər. Həmin andan da müalicəyə başlayan ailə əvvəllər bunun müsbət nəticəsini görsələr də sonradan azyaşlının vəziyyəti günü-gündən pisləşib. Buna səbəb də Adəmin müalicə olunması üçün lazım olan vəsaitin olmamasıdır.
Metbuat.az xəbər verir ki, atası İmran Ələsgərov deyir ki, vəziyyət o həddə çatıb ki, indi Adəm artıq özünə xəsarət yetirir. Bu da ailəni daha da narahat edir. Adəmin müalicəsinin əsasən də qardaş Türkiyə Respublikasında mümkün olduğunu deyən çarəsiz ata - İmran Ələsgərov bildirib ki, artıq həkimlə də danışılıb. Qalıb təkcə müalicə üçün 3000 manat vəsaitin toplanması.
“Türkiyədə danışdığımız həkim deyir ki, Adəm mütləq qardaş ölkəyə aparılmalı və orada müalicə almalıdır. Bunun üçün də ümumilikdə 6 min manat lazımdır. Artıq həmin məbləğin 3 min manatını toplanıb, qalıb cəmi 3 min manat”.
2 uşaq atası olan İmran ailədə işləyən yeganə şəxsdir. Ən pisi də odur ki, Adəmlə yanaşı evdə daha iki şəxs-atası və bacısı fiziki məhdudiyyətlidir. Bu isə onsuz da kasıb olan İmranın xərclərini ikiqat artırır. İndi çarəsiz atanın yeganə istəyi oğlunun sağalması üçün 3 min manatın toplanmasıdır. Həkimlər deyib ki, autizmin tibbi çarəsi mövcuddur.
“Mən bir ata kimi yardımsevər şəxslərdən xahiş edirəm ki, oğlumun müalicəsi üçün lazım olan 3 min manatın toplanmasına kömək etsinlər. Mənə dəstək olsunlar. Balamı xilas etməsəm, özümü bağışlaya bilmərəm”.
Ailəyə kömək etmək istəyən şəxslər aşağıda qeyd edilən nömrə ilə əlaqə saxlaya və ya bank hesabına pul köçürə bilərlər.
Ailə ilə əlaqə: (050) 481-18-61
Leo: 4098584468369663