Bakıda yeni binalarda mənzillər bahalaşdı - QİYMƏT

Bakıda daşınmaz əmlak bazarı daim dəyişir. Mənzilin yerləşdiyi ərazi, sahəsi, otaq sayı və təmir səviyyəsi onun qiymətinə təsir göstərən əsas faktorlardır. Bəs Bakının bəzi ərazilərindəki yeni binalarda mənzillərin qiymətləri necədir?

Metbuat.az bununla bağlı elan saytları üzərindən araşdırma aparıb:

Ərazi

Otaq Sayı

Sahə (m²)

Qiymət (AZN)

Həzi Aslanov m.

2

52

153,000

8 Noyabr m.

2

66

220,000

8 Noyabr m.

2

65

224,000

Həzi Aslanov m.

3

103

285,000

Əhmədli m.

3

108

285,000

İnşaatçılar m.

3

115

335,000

Nərimanov r.

1

35

116,000

Nəsimi r.

4

155

465,000

Ağ şəhər q.

4

171

675,450

Neftçilər m.

3

105

235,000

Xırdalan

2

63

67,000

Nəsimi r.

2

104

300,000

8 Noyabr m.

2

100

240,000

Elmlər Akademiyası m.

2

90

235,000

8 Noyabr m.

3

167

400,000

Ağ şəhər q.

3

157

400,000

Masazır

2

55

66,000

Masazır

3

73

90,000

Hövsan

3

78

107,000

Son bir ildə Bakıda yeni tikili mənzillərin qiymətləri artıb. Daşınmaz əmlak bazarını analiz edən mütəxəssislərin fikrincə, aprel ayından etibarən mənzil bazarında yenidən qiymətlərin artması gözlənilir. Bu, mövsümə uyğun olaraq artan tələbat və xaricdən gələn investorların daşınmaz əmlak bazarına marağı ilə əlaqələndirilir. Əgər yeni mənzil almağı planlaşdırırsınızsa, mart və aprel aylarında qiymətlərin hələ stabil olduğu vaxtlarda alqı-satqı etmək daha məqsədəuyğun ola bilər.

Qeyd edək ki, təqdim olunan qiymətlər 17.03.2025-ci il tarixinə aiddir.

Sevinc İbrahimzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı