Bakıdan bölgələrə daşınan sərnişinlərin sayı açıqlandı

Bakıdan Azərbaycanın bölgələrinə martın 19-20-i tarixlərində 760 reyslə 27 832 sərnişin daşınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

"Gücləndirilmiş rejimin ilk 2 günü ərzində rekord göstəricilər qeydə alınıb. Birinci gündə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) müxtəlif istiqamətlərdə həyata keçirilən 386 reyslə 14 mindən çox, ikinci gün isə BBAK-dan 374 reyslə 13 824 sərnişin daşınıb. Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 135 reys həyata keçirilib", - məlumatda deyilir.

Sərnişinlərin 48 %-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb.

Qeyd edək ki, ölkənin bütün avtovağzal və avtostansiyaları martın 19-dan gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı