Azərbaycan dili imtahanı ilə bağlı yenilik olacaq

Növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanının da rəqəmsal formada keçirilməsi nəzərdə tutulur.

Metbuat.az xəbər verir ki, bunu "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu imtahanlar hələlik kağız variantda keçirilir, yaxın gələcəkdə bu imtahanlar da onlayn formata keçiriləcək:

"Dövlət İmtahan Mərkəzi müəyyən bir mərhələdən sonra bu imtahan əsasında Azərbaycan dili üzrə sertifikatlar verəcək. Hələ ki, bu imtahanın pulsuz olduğu dövrdə hər bir müəllimi, alimi, mütəxəssisləri imtahandan keçməyə çağırırıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı