Britaniya Putinlə bağlı dünya liderlərinə çağırış etdi

Böyük Britaniyanın baş naziri Keir Starmer Ukrayna müharibəsi ilə bağlı dünya liderlərinə çağırış edib.

Metbuat.az xəbər verir ki, o, dünya liderlərini Rusiya Prezidenti Vladimir Putini Ukraynada atəşkəslə bağlı danışıqlar masasına oturmağa məcbur etməyə çağırıb. Ukrayna və ABŞ arasında Səudiyyə Ərəbistanında aparılan danışıqlara toxunan Starmer bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski müvəqqəti atəşkəsi qəbul edib. Onun sözlərinə görə, Rusiya prezidenti sülhə ciddi yanaşırsa, Ukraynaya hücumlarını dayandırmalı və atəşkəsi qəbul etməlidir.

Starmer həmçinin vurğulayıb ki, Ukraynada sülhə nail olmaq üçün ölkənin müdafiəsi maliyyə və digər dəstəklərlə gücləndirilməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı