Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

    Qeyd edilib ki, martın 17-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26.8-28.2 manat ətrafında dəyişib.

    Azərbaycanda unun ən aşağı topdansatış qiyməti 26,8 manat Şabranda, ən yüksək topdansatış qiyməti 28,2 manat Gəncədə qeydə alınıb.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı