"Fənərbağça" əsas hücumçusunu itirdi - FOTO

Bosniya və Herseqovina millisinin və "Fənərbağça"nın hücumçusu Edin Dzeko zədələnib.

Metbuat.az xəbər verir ki, 37 yaşlı forvard DÇ-2026-nın seçmə mərhələsində Rumıniyaya qarşı matçda burnundan xəsarət alıb və fasilədə əvəzlənib.

Futbolçunun müayinələrdən sonra burnunun sındığı müəyyən edilib. O, müalicəsini İstanbulda davam etdirəcək və təxminən 10 gün meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Bosniya və Herseqovina seçmə mərhələyə səfərdə Rumıniyanı 1:0 hesabı ilə məğlub edərək qələbə ilə başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı