Qax rayonunda evdə iynə vurulan qadın şoka düşərək ölüb.
Metbuat.az Report-a xəbər verir ki, hadisə ötən gün baş verib.
1963-cü il təvəllüdlü Qax rayonu, Tasmalı kənd sakini Şəfəq Mürsəl qızı Şabanova ev şəraitində inyeksiya olunan “Seftriakson” dərmanın əks təsirindən anafilaktik şoka düşərək ölüb.
Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.