İtaliyanın "Yuventus" futbol klubu, baş məşqçi Tiaqo Motta ilə yollarını ayırıb.
Metbuat.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Eyni zamanda, klub mövsümün sonuna qədər xorvatiyalı mütəxəssis İqor Tudorun baş məşqçi vəzifəsini icra edəcəyini açıqlayıb.
Hal-hazırda "Yuventus" İtaliya çempionatının turnir cədvəlində beşinci yerdədir və 29 oyunda 52 xal toplayıb.