Ərdoğan aksiyalardan danışdı - Müxalifəti tənqid etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, Türkiyə lideri çıxışında hazırda ölkədə qeydə alınan etiraz aksiyalarından da danışıb. O bildirib ki, vandalların hücumları zamanı yaralanan polislərə, obyektlərinin şüşələri qırılan sahibkarlara, zərər vurulan ictimai əmlaka görə bütün məsuliyyəti ana müxalifət lideri və onun tərəfdarları daşıyır.

"Təxribatlarla vətəndaşlarımızın rahatlığını pozmağa son qoyun. Cəsarətiniz varsa, korrupsiyanın, oğurluğun, alınan rüşvətlərin hesabını verin”, - deyə Ərdoğan qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı