Çində 65 şagird ölü kərtənkələdən zəhərlənib.
Metbuat.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
Qeyd edilib ki, ölü kərtənkələnin olduğu yeməyi yediyi aşkarlanan 65 şagirddə ürəkbulanma, mədə ağrısı və qusma şikayətləri müşahidə olunub.
Zəhərlənən bütün şagirdlər xəstəxanaya yerləşdirilib.
Səlahiyyətlilər kərtənkələnin yeməyə necə girdiyini müəyyən etmək üçün araşdırma başlandığını açıqlayıb.