“Real Madrid” rəhbərliyi Vinisius Junioru klubdan göndərmək istəyir.
Metbuat.az xəbər verir ki, klub futbolçunun matçlar zamanı davranışından narazıdır. Bildirilir ki, futbolçunun davranışı səfər matçında azarkeşlərin etirazına səbəb olur. Xəbərdə deyilir ki, Vinisius Juniorun meydanda aqressiv davranışı və tez-tez rəqiblərlə mübahisəsi təkcə rəqib azarkeşlərin deyil, həm də komanda yoldaşlarının qəzəbinə səbəb olmağa başlayıb. İddialara görə, futbolçunun davranışı paltardəyişmə otağında iğtişaşlara səbəb olub. “Real Madrid” rəhbərliyi futbolçunun rəftarının kluba zərər verdiyini irəli sürür.
Qeyd edək ki, Səudiyyə klublarının Vinisius Juniorla maraqlandığı deyilir. Klubların futbolçuya 1 milyard qazana biləcəyi müavilə təklif etdiyi irəli sürülür.