Amerika Birləşmiş Ştatlarında (ABŞ) məşhur reklam ulduzu bədbəxt hadisənin qurbanı olub.
ANS PRESS-in məlumatına görə, dünyaca məşhur fitnes model, aktyor Qreq Plitt ötən gün Los Anceles şəhərində reklam filmlərindən birinin çəkilişi vaxtı qatarın onu vurması nəticəsində dünyasını dəyişib.
Dostları çəkiliş vaxtı Plittin bir anlıq müvazinətini itirərək yüksək bir yerdən qatar relsinə düşdüyünü və həmin vaxt oradan keçən qatarın onu əzməsilə həyatını itirdiyini bildirib.
Xəbər ABŞ-da gün ərzində ən çox danışılan mövzulardan birinə çevrilib.
Sonuncu dəfə ABŞ-da yayımlanan Bravo TV-nin "Work Out" adlı şou proqramında rol alan Plitt 17 filmdə çəkilib.
Mənbə
ANS PRESS