"Roma" Can Pyero Qasperini ilə razılığa gəlib.
Metbuat.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. Hazırda "Atalanta"nı çalışdıran mütəxəssisin "Roma" ilə 3 illik müqavilə imzalayacağı iddia edilir.
Qeyd edək ki, "Atalanta" Can Pyero Qasperininin rəhbərliyi altında 2023/2024 mövsümündə UEFA Avropa Liqasının qalibi olub.