Ulduz futbolçu "Fənərbaxça"nın təklifini rədd etdi

"Fənərbaxça"da icarə əsasında oynayan PSJ-nin futbolçusu Milan Şkrinyar Türkiyə klubunun təklifini rədd edib.

Metbuat.az xəbər verir ki, "Fənərbaxça" rəsmiləri futbolçuya 8+4 milyon avro maaş təklif ediblər.

Şkrinyar isə daha artıq maaş tələb etdiyindən futbolçunun qalıcı transferi baş tutmayıb.

Qeyd edək ki, "Napoli" klubu futbolçuya illik 12 milyon avro maaş təklif edib və tərəflər arasında ilkin danışıqlar müsbət yekunlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı