“Real Madrid" Daniel Sebalyosu klubda saxlaya bilər.

Metbuat.az xəbər verir ki, baş məşqçi Xabi Alonso rəhbərlikdən futbolçunu satmamağı istəyib. "Cadena Ser"də dərc edilən xəbərə görə, Alonsonun xahişindən sonra "Real" rəhbərliyi Daniel Sebalyosu daha bir mövsüm klubda saxlamağı nəzərdən keçirir.

Qeyd edək ki, bundan əvvəl "Real" futbolçunu klubdan göndərməyi nəzərdən keçirirdi. Futbolçunun keçmiş klubu “Betis”ə qayıda biləcəyi ilə bağlı xəbərlər dərc edilmişdi.