Qanada göyərtəsində yüksək vəzifəli şəxslərin olduğu hərbi helikopter qəzaya uğrayıb.
Metbuat.az xəbər verir ki, qəza nəticəsində göyərtədə olan nazirlər həlak olub. Qana hökumətinin mətbuat xidmətinin məlumatına görə, hadisədə müdafiə naziri Eduard Oman Boamah və Ətraf Mühit, Elm və Texnologiya Naziri İbrahim Murtala Məhəmməd həlak olublar. Qeyd edək ki, bundan əvvəl hərbi helikopterin radardan itdiyi barədə açıqlama verilmişdi.
Göyərtədə 5 sərnişin və üç ekipaj üzvünün olduğu bildilir. Qəzanın səbəbləri araşdırılır.