"Barselona" baş məşqçisi Luis Enrike ilə müqaviləni yeniləyib.

ANS PRESS-in məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayılıb. 45 yaşlı mütəxəssislə növbəti mövsümün sonu başa çatacaq müqavilənin müddəti 2017-cı ilin iyunun 30-na qədər uzadılıb.

Qeyd edək ki, L.Enrike 2014/2015 mövsümündə "Barselona" ilə üç kubok (La Liqa, Çempionlar Liqası, İspaniya kuboku) qazanıb.

"Barselona" Enrike ilə müqaviləni yenilədi (FOTO)