Əməkdar artist Gülşad Baxşıyevanın Milli.Az-a müsahibəsi.

Aktrisa-pedaqoq olmaq, həqiqətən də, böyük savad və səbr tələb edir. Çünki hər sənətkar bildiyini tələbələrə çatdıra bilmir. Əməkdar artist Gülşad Baxşıyeva o sənətkarlardandır ki, yarım əsrdir tələbələr yetişdirib, onlara düzgün istiqamət verir. Aktrisa təkcə teatrda yox, həmçinin film sahəsində də böyük uğurlar əldə edib. Təkcə "Bəxt üzüyü" filmi kifayətdir ki, tamaşaçılarda onun film sahəsi üzrə təsəvvürləri yaransın. Məni narahat edən məsələlərdən biri də Gülşad xanımın yerli seriallarda çəkilməməsinin səbəbləridir... Bütün bu kimi hallara aktrisa müsahibəsində aydınlıq gətirdi...

- Gülşad xanım, yeni çəkilən yerli serialları izləyirsinizmi?

- Yalan danışmağı sevmirəm, yerli seriallara təsadüfən kanalı dəyişəndə baxıram. Əgər diqqətimi cəlb edirsə... Yalandan deyə bilmərəm ki, hansısa seriala marağım var. Mən daha çox bədii filmlər izləməyi sevirəm. Mən aktrisayam, mənən qidalanmaq istəyirəm. Bu son dövrlərdə elə filmlər görmüşəm ki, həqiqətən, mənən qidalanmışam. Seriallarda çəkilənlər hamısı bizim tələbələr, aktyor yoldaşlarımızdır. Hamısının da xətrini çox istəyirəm. Sadəcə indi çəkilən seriallarımızda dinamika yoxdur. Hamısı divanın, yaxud stolun arxasında oturub danışır. Mən bunu dəfələrlə demişəm ki, bunun günahı aktyorlarda yox, rejissorlardadır. Seriallara baxmamağımın digər bir böyük səbəbi də ssenarilərin primitiv olmasıdır. Çünki ssenaristlər daha çox fantastik ssenarilər yazırlar. Məncə, onlar həyatda olan hadisələri görüb yazsalar, daha da baxımlı ssenarilər ortaya çıxar. Bəzən baxanda da görürəm ki, seriallarımızda tanınmış aktyor yoxdur.

- Sizcə, tanınmış aktyor tamaşaçını bezdirmir?

- Xeyr, niyə bezdirsin ki? Mən istəyirəm, baxım görüm ki, aktyor yoldaşım necə oynayır. O tanınmış aktyorun müxtəlif rollarda necə dəyişməsini görmək istəyirəm.

- Seriallarımızda dinamika olması üçün nə etməliyik?

- Rejissor aktyora düzgün istiqamət verməlidir. Bu, rejissorun əlindədir. İstəyir, məndən xoşları gəlsin, yaxud gəlməsin, mənə rol versinlər, yaxud verməsinlər - bunları mən deməyə məcburam. Birmənalı şəkildə onlar aktyoru işlədə bilmirlər. O ki qaldı seriallara... Çəkirlər, qoy çəksinlər, nə qədər yaxşı olsa, onların içindən daha da yaxşıları seçiləcək.

- Aktyora məktəb vacibdirmi?

- Aktyor mütləq şəkildə məktəb keçməlidir. Türkiyənin özündə də məktəb keçmiş aktyorla 6 ay öyrənib gəlmiş aktyor arasında böyük fərq olur. O dəqiqə peşəkar seçilir.

- KVN sahəsində bizdə peşəkar aktyorlar varmı?

- KVN sahəsində peşəkar aktyor kimi çəkinmədən Rafael və Coşqunun adını çəkə bilərəm. Onların oyun tərzinə gülür, həqiqətən ləzzət alıram.

- Bugünkü teatrda intriqaları görüb orada çalışmadığınıza görə yəqin ki, peşman deyilsiz...

- Mən 10 il Şəki Dövlət Dram Teatrında işləmişəm. Bu teatr bizim özümüzün teatrımız olub. Aktyor adətən boş-bekar olanda dedi-qoduya, intriqaya başlayır. Amma bu teatrın rəhbəri hamının başını işlə qatırdı. Tarix boyu bütün teatrlarda intriqalar olub. Buna çox normal baxmaq lazımdır. 10 ildən sonra Şəki Teatrında da intriqa yarandı. Amma yenə də rəhbərlik bunun yayılmasına imkan vermədi.

- Bu gün intriqa aparanların çoxusu elə işləyən aktyorlardır.

- Mənim üçün aktyor ideal bir insandır. Əgər o həqiqətən aktyordursa, yaradıcı sənətkardırsa, bu cür dedi-qodulara yol verməməlidir. Əgər dedi-qoduyla məşğul olursa, o insan cılızdır, aktyor deyil.

- Gülşad xanım, sözü üzə deyən insansız. Bu xüsusiyyətinizə görə sizdən inciyənlər olubmu?

- Bu xasiyyətimə görə ümumiyyətlə məni istəmirlər. Mən belə fikirləşirəm ki, yenə də o insanın cılızlığındandır. Niyə? Gedib onun dalınca danışıb, qeybət etməkdənsə qoy elə onun ayıbını üzünə deyim. Bundan inciməli deyil, mənə "sağ ol" deməlidirlər.

- İncik düşdüyünüz sənətçilər varmı?

- Mənim üçün həyatda orta məqam yoxdur. Ya istəyirəm, ya istəmirəm. Mən özüm necəyəmsə onlara da münasibətimi o cür bildirirəm. Elə insan var ki, ona heç söz demirəm. Mənası yoxdur söz deməyimin. Çünki salama qarşı gərək əleyküm-salam deyəsən.

- Bu gün bir-birinin ardınca filmlər çəkilir, təqdimatlar olunur. Keyfiyyət olmasa da olar, əsas qırmızı xalı üzərindən keçsinlər deyə bir-biri ilə bəhsə girənlər var. Filmə baxarkən isə aktrisa yox, baş rolun ifaçısı kimi hər hansı modeli, yaxud müğənnini görürük... Sizcə, bu nə dərəcədə düzgündür?

- Xeyr, bu düzgün deyil. Rejissorlar elə düşünürlər ki, gedib bir müğənnini, modeli çəkməklə populyarlıq qazanacaqlar. Böyük səhvləri var. Belə bir məsəl var: "Çörəyi ver çörəkçiyə, birini də üstəlik". Kıvanç Tatlıtuğ bu sənətə gəlməzdən əvvəl 6 ay ona müəllimlər tutub, at çapmağı, qılınc oynatmağı, rəqs etməyi, aktyor kimi necə danışmağı öyrədiblər. Çəkəndə də belələrini çəkmək lazımdır. Yetişən nəsildən istedadlı olanları da var. Bu dəqiqə mənim kursumda bir truppa səviyyəsində aktyorlar var. Sadəcə onlarla maraqlananlar yoxdur. Gənclərə imkan yaratmaq lazımdır. Mən onlara imkan yaradıram, amma bunu etməyənlər də çoxdur. Yaşadığımı yaşamışam, oynadığımı oynamışam. Bir balaca geriyə çəkilməliyəm ki, onlara yol verim. Bizim teatrlarda əksər aktyor-aktrisalar var ki, teatrı sevmirlər, özlərini teatrda sevirlər.

- Bəzən də deyirlər ki, filan tanınmış aktrisanı dəvət etdik, bizdən çox pul istədi...

- Əcəb edib, yaxşı edib pul istəyib. Siz nəyə görə aktyorun pulunu vermirsiz ki? Həmin rejissorlar aktyora verilən qonorarın yarıdan çoxunu ciblərinə qoyurlar. Serial bitən kimi də rejissor özünə maşın, ev alır. Ən aşağı pul alan aktyorlardır. Nəyə görə? Bu gizlin deyil, mənə heç kim nəsə edə bilməz. Bizdə aktyorları sevmirlər, bütün verilişləri, serialları müğənnilər zəbt ediblər. Nəyə görə? Siz onsuz da toylardan qazanırsız, imkan verin bu aktyorlar yaşasınlar da.

- Səhv etmirəmsə, yeni filmə də çəkilmisiniz...

- Bəli, Vaqif Mustafayevin ümummilli liderimiz Heydər Əliyevin həyatından bəhs edən filmində çəkildim. Vaqif Mustafayev dünya miqyasında görkəmli rejissordur. O bu filmə həssaslıqla yanaşaraq filmi 2 il ərzində ərsəyə gətirib. Həqiqətən də, gözəl bir film alınacaq. Mən də filmdə Əziz Əliyevin həyat yoldaşı Leyli Əliyeva rolunda çəkilmişəm.

- Nəvələrinizdən həmişə ürək dolusu danışırsız... Neçə nəvəniz var?

- 6 nəvəm var, hamısını da çox istəyirəm. Çox heyf ki, mən onlara məxsusi vaxt ayıra bilmirəm. Boş vaxtım olan kimi onlarla birlikdə Gənc Tamaşaçılar Teatrının uşaq tamaşalarına gedib məmnuniyyətlə baxırıq. Ümumiyyətlə, Gənc Tamaşaçılar Teatrında çox gözəl truppa var.

- Yalnız bu teatrın tamaşalarını izləyirsiz?

- Bəli, digər teatrlara nadir hallarda gedirəm. Akademik Milli Dram Teatrında da çox yaxşı tamaşalar var. Təbii ki, bütün tamaşalara bu sözü aid etmək olmaz. Mən bu yaxınlarda "Ağa Məhəmməd Şah Qacar" tamaşasına baxdım, çox məmnun oldum.

- Benefisiniz üçün teatr səhnəsində məxsusi bir rol oynamaq istərdinizmi?

- Bəli, benefis kimi qəbul edərəm. Amma mütəmadi teatrda işləmək istəmərəm.

Əli Rəhimoğlu

Milli.Az

Əməkdar artist: "Siz toylardan qazanırsız, imkan verin, aktyorlar da yaşasınlar" - FOTOSESSİYA