"Qalatasaray" və "Monako" Vilfrid Sinqonun transferi üçün razılığa gəlib.
Metbuat.az xəbər verir ki, "Qalatasaray" Kot-d'İvuarlı müdafiəçi ilə də razılıq əldə edib. “Foot Mercato”nun xəbərinə görə, “Qalatasaray” futbolçu üçün “Monakoya 30 milyon avro ödəyəcək. Vilfrid Sinqo “Qalatasaray”da illik 5 milyon avro məvacib alacaq. Məlumata görə, "Qalatasaray" futbolçu ilə 4 illik müqavilə imzalayacaq.
Razılaşmaya əsasən türk klubu futbolçunun sonrakı satışından əldə edəcəyi məbləğin 10 faizini "Monako"ya verəcək.