"Qalatasaray"ın "Monako"dan transfer etdiyi Vilfrid Sinqo İstanbula gəlib.

Metbuat.az xəbər verir ki, Fransadan özəl təyyarə ilə İstanbula gələn Sinqo hava limanında klub rəsmiləri tərəfindən qarşılanıb. Hava limanında GSTV-yə danışan müdafiəçi "Burada olmaqdan çox xoşbəxtəm. “Qalatasaray” Türkiyənin ən böyük komandasıdır. Daha əvvəl Didye Droqba və Emmanuel Eboue kimi böyük qardaşlarım burada oynayıb. Onlardan da məsləhət almışam” - deyə bildirib.

Qeyd edək ki, bundan əvvəl “Qalatasaray”ın Vilfrid Sinqo üçün “Monako”ya 30 milyon avro ödəyəcəyi barədə xəbərlər dərc edilmişdi. Futbolçu “Qalatasaray”da illik 5 milyon avro məvacib alacaq. Məlumata görə, "Qalatasaray" futbolçu ilə 4 illik müqavilə imzalayacaq.