“Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin Pekinə səfəri zamanı ayrıca görüşün keçirilməsi ilə bağlı razılıq yoxdur”.
Metbuat.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Vladimir Putinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, amma hər iki tərəf sentyabrın 3-də Pekində keçiriləcək İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyinə həsr olunmuş anım tədbirlərində iştirakını təsdiqləyib.
Qeyd edək ki, ilkin məlumatlara görə, tədbirdə 26-ya yaxın xarici ölkə lideri iştirak edəcək.