Uzun illər dövlət qulluğunda müxtəlif məsul vəzifələrdə çalışan İradə Hüseyn qızı Hacıyeva dünyasını dəyişib.
Metbuat.az xəbər verir ki, o, bu gün 67 yaşında vəfat edib.
Son illərdə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Ümumi şöbəsinin müdir müavini vəzifəsini icra edib. Dövlət qulluğunda uzunmüddətli və səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin sərəncamı ilə İradə Hacıyeva “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.