Azərbaycanın FIFA referisi Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb.
Metbuat.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb
Bildirilib ki, o, 5-ci qrupda, oktyabrın 8-də Belçika - Moldova oyununun dördüncü hakimi olacaq, oktyabrın 11-də Norveç - Moldova, 14-də Moldova - Belarus matçlarını idarə edəcək.
Vüsal Məmmədov isə hər üç qarşılaşmada köməkçi hakim kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, qrup mərhələsinin görüşləri Belçikada keçiriləcək.