Pakistanda “Qırmızı terrorun qara siması” adlı məqalə dərc olunub

Pakistanda “Qırmızı terrorun qara siması” adlı  məqalə dərc olunub
10:54 20 Yanvar 2015
97 Dünya
Ölkə mətbuatı
A- A+

Pakistanın “Pakistan in the World” qəzetində 20 Yanvar hadisələrinə həsr olunmuş “Qırmızı terrorun qara siması” adlı  məqalə dərc olunub.

 

Azərbaycanın Pakistandakı səfirliyindən Lent.az-a verilən məlumata görə, məqalədə, Sovet İttifaqının Azərbaycana qarşı 70 illik işğalına 20 Yanvar 1990-cu il tarixində son qoyulduğu  bildirilib. Məqalədə qeyd olunub ki, məhz həmin gecə 26 minlik Sovet qoşunları xəbərdarlıq etmədən Bakıya daxil olub və nəticədə 133 nəfər mülki vətəndaş xüsusi amansızlıqla qətlə yetirilib, 611 nəfər yaralanıb.  Human Rights Watch bu aksiya zamanı əsgərlərin hətta tibbi personalına, tibb müəssisələrinə və təcili tibbi yardım maşınlarına  da təcavüz etdiyini qeyd edib.  

 

Yazıda, 20 Yanvar gecəsi hadisələrinin Azərbaycan xalqına qarşı əvvəlcədən planlaşdırılmış dövlət terroru aktı olduğu vurğulanıb, buna sübut kimi, bütün dövlət müəssisələrinin iflic vəziyyətinə salınması, milisin tərksilah edilməsi, mərkəzi televiziya blokunun partladılması, xarici vətəndaşların, qərb media təmsilçilərinin  Bakıya buraxılmaması  və digər bu kimi faktlar sübut kimi göstərilib.

 

Daha sonra məqalədə, Sovet ordsunun Bakıya daxil edilməsi səbəbinin  guya ki orada yaşayan milli azlıqların qorunması tezisinin tam əsassız  olduğu bildirilib, bu aksiyanın əsl səbəbləri açıqlanıb. Qeyd olunub ki, rəsmi Moskva tərəfindən dəstəklənən Ermənıstan Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb, Dağlıq Qarabağı Azərbaycandan qopartmaq məqsədi ilə Moskva tərəfindən Qarabağda xüsusi idarəetmə üsulu tətbiq edilib, Ermənıstan SSR Ali Soveti tərəfindən isə DQ-nin Ermənıstana birləşdirilməsi  haqqında qərar qəbul olunub və bir sıra digər qanunsuz hərəkətlər edilib. Eyni zamanda, Ermənıstanda yaşayan on minlərlə Azərbaycanlı öz evindən didərgin salınıb.

 

Məqalədə, Sovet ordusu tərəfindən keçirilmiş bu aksiyanın əsl məqsədinin kommunist rejiminin dağılmasının qarşısını almaq, Azərbaycan xalqının müstəqillik uğrunda hərəkatını məhv etmək olub. Vurğulanıb ki , Human Rights Watch öz bəyanatında bu aksiyanın əsl məqsədinin təkcə Azərbaycanlılara  deyil, eyni zamanda  müstəqillik arzusunda olan digər xalqlara da dərs verməsi olub.

 

Yazıda bildirilib ki, əslində Bakıda ermənilərə qarşı heç bir zorakılıqlar olmamış, 20 yanvar gecəsi məhz sovet ordusu tərəfindən müxtəlif millətlərin təmsilçiləri qətlə yetirilibdir. 20 Yanvar dəhşətindən öncə Almatı, Tiflis  və sonralar Vilnus hadisələrinin baş verməsi də Bakıda həyata keçirilmiş aksiyanın sırf siyası məqsəd daşımasının sübutudur. Qara Yanvar hadisələri  Sovet nəhənginin son nəfəsi olub və Bakıya qoşun yeritməsindən sonra  SSRİ-nin süqutu başlayıb.

 

Məqalədə, yanvar hadisələrinin Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olduğu qeyd olunub. Qətliyam, Azərbaycan xalqının əzmini qıra bilməyib və  18 Oktyabr 1991-ci ildə Azərbaycan öz siyasi müstəqilliyini elan edib. Yazıda,  Azərbaycanın Prezidenti  Heydər Əliyevin 16 Dekabr 1999 il tarixli fərmanı ilə 20 yanvar qurbanlarına “20 Yanvar şəhidləri” statusunun verildiyi vurğulanıb.

 

Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür:

 

http://www.pakistanintheworld.com/content/black-face-red-terror-0

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR