Bakıda evdə yanıq xəsarətləri alan qadın 6 gün sonra ölüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə oktyabrın 6-da Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb.

Belə ki, Epilepsiya xəstəsi 1973-cü il təvəllüdlün Yelena Aleksandrovna Qurbanova yaşadığı evdən termiki yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq oktyabrın 12-si orada ölüb.

Faktla bağlı araşdırmalar aparılır.