Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Avropa Oyunlarında tamaşaçı qismində iştirak edən şəxslər həmin günə olan biletlərini və şəxsiyyət vəsiqələrini təqdim etməklə metrodan pulsuz istifadə edə biləcəklər.

Bakı Metropolitenindən Trend-ə verilən məlumata görə, daha öncə sadəcə açılış və bağlanış mərasimlərinin iştirakçıları bu hüquqdan istifadə edə bilərdilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az