Azərbaycanda məmurlar arasında ictimaiyyətə bəlli olmayan həmrəylik mövcuddur. Eyni komandada təmsil olunan yüksək rütbəli məmurlar bir-birilərinin xeyir-şər məclislərində yaxından iştirak edirlər.

Metbuat.az bununla bağlı maraqlı məlumat əldə edib. Məlumata görə, xeyirə-şərə ən çox yarayan məmur Maliyyə naziri Sahil Babayevdir. 45 yaşlı naziri təkcə hakimiyyət təmsilçilərinin deyil, qohumlarının, dostlarının, tələbə yoldaşlarinin, keçmiş iş yoldaşlarının məclislərində tez-tez görmək mümkündür.

Fotoda: Maliyyə naziri Sahil Babayev

Bu məmurlar xeyir-şərdən qalmırlar -

Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov, Suraxanı və Abşeronun icra başçıları Adil Əliyev və Abdin Fərzəliyev də xeyirə-şərə yarayan məmur kimi tanınırlar. Adil Əliyevi və Abdin Fərzəliyevi hər gün "Təzə Pir" məscidində görmək mümkündür.

Fotoda: Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov

Bu məmurlar xeyir-şərdən qalmırlar -

Məlumatlı şəxs deyib ki, Baş nazirin sabiq müavini Əli Həsənov və "Azərsu"nun keçmiş rəhbəri Qorxmaz Hüseynov da əzizlərini itirən məmurlara bassagliğı vermək üçün tez-tez yollarını "Təzə Pir" ve "Heydər" məscidlərindən salırlar. Onlar keçmiş iş yoldaşları ilə münasibəti davam etdirirlər.

Fotoda: Baş nazirin sabiq müavini Əli Həsənov

Bu məmurlar xeyir-şərdən qalmırlar -

Mənbənin sözlərinə görə, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovu və keçmiş baş prokuror Zakir Qaralovu nadir hallarda insanların arasında gormək mümkündür. Onlar nəinki xeyir-şər məclislərində iştirak etmir, hətta ictimaiyyət qarşısına da çıxmırlar.

Zaur Əliyev / Metbuat.az