Tehranda Məhəmməd Peyğəmbərin təhqir olunmasına qarşı etiraz aksiyası keçirilib

Tehranda Məhəmməd Peyğəmbərin təhqir olunmasına qarşı etiraz aksiyası keçirilib
13:23 20 Yanvar 2015
107 Dünya
Ölkə mətbuatı
A- A+


Tehran, 20 yanvar, AzərTAc 
Yanvarın 20-də Fransanın Tehrandakı səfirliyi qarşısında kütləvi aksiya keçirilib.
Aksiya iştirakçıları Fransada nəşr olunan “Charli Hebdo” jurnalında Məhəmməd Peyğəmbərin karikaturasının dərc edilməsinə etirazlarını bildiriblər. Onlar Fransadan tələb ediblər ki, dünya müsəlmanlarından üzr istəsin və bir də bu cür təxribat xarakterli karikaturaların dərc olunmasına icazə verməsin.
Tehran sakinləri söz azadlığından sui-istifadə edib müqəddəs inancların təhqirinin yolverilməz olduğunu səfirlik əməkdaşlarının nəzərinə çatdırıblar.
Polis qəzəblənmiş kütlənin səfirliyin binasına hücumunun qarşısını ala bilib. Aksiyada ciddi insident baş verməyib.
Rabil Kətanov
AzərTAc-ın xüsusi müxbiri
Tehran


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tehranda_Mehemmed_Peygemberin_tehqir_olunmasina_qarsi_etiraz_aksiyasi_kechirilib-826036

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR