Banka borclu qaldı, xarakiri etdi (VİDEO, FOTO)

Banka borclu qaldı, xarakiri etdi (VİDEO, FOTO)
14:41 20 Yanvar 2015
167 Sosial
Ölkə mətbuatı
A- A+

Türkiyədə qadın bankdan kredit götürmək üçün tanışlarından birinə zamin durub. Onun xoş niyyətindən istifadə edən şəxs isə borclarını zamanında ödəməyib.

ANS PRESS-in "İhlas"a istinadla verdiyi məlumata görə, birt banka gələn 29 yaşlı qız kredit borcları ilə bağlı bankın rəsmiləri ilə görüşüb. Lakin mənfi cavab alan qadın depressiyaya düşüb və özünü öldürməyə cəhd edib.

Qadın çantasından çıxardığı mətbəx bıçağı ilə xarakiri etməyə - özünə xəsarət yetirməyə çalışıb.

Bank işçilərinin çağırdığı polis də qadını fikrindən döndərə bilməyib. "Hər bir problemin həlli yolu var. müdür ilə danışaq" deyən polis onu inandıra bilməyib.

Adı açıqlanmayan qadın onun sakitləşdirmək istəyən polisə əli ilə "sus" göstərib. "Mən qürurumla çox mübarizə apardım. Birinci dəfə bağışladım. Amma ikinci dəfə çox pis oldum. Məsələ pulda deyil. Pulum var. Borcu verə bilərəm. Amma çox xətrimə dəydi", deyən qadın bıçağı qarnına sancıb.

Bu zaman polislərdən biri "yox" deyə qışqırıb. Gənc qadın isə ona məhəl qoymadan bir necə dəfə bıçağı özünə sancıb.

Qadın hadisə yerinə çağırılan təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.


Bunalıma Girince Bankada Harakiri Yaptı sondakika



Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR