Ötən gün "Bakı-2015" birinci Avropa Oyunlarını işıqlandırmaq üçün gələn xarici və həmçinin yerli fotoqraflara brifinq keçirilib
Milli.Az xəbər verir ki, Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsinin foto-müşaviri Qari Kemper oyunlar zamanı fotoqraflar üçün bütün şəraitin yaradılacağını deyib.
Foto-müşavir idman meydançalarında olacaq fotoqraflar üçün yerləri təqdim edərək, orada olan qayda-qanunlardan danışıb. O öz çıxışında qeyd edib: "Bizim komanda oyunlarda iştirak edəcək bütün fotomüxbirlərə əlindən gələn bütün işlərdə yardım etməkdə hazırdır".
Ceyhun Ələkbərov
Milli.Az


























